Azərbaycan əsilli İran-İsveç müğənnisi Araşla bu gün İstanbulda sevənləri ilə görüşəcək. Azərbaycanı 2009-cu ildə Aysel Teymurzadə ilə birlikdə “Eurovision” mahnı müsabiqəsində təmsil edən Araş bu gün Bakı vaxtı ilə 22:00-da İstanbulda “Volksvaqen Arena”da türkiyəli məşhur müğənni Ebru Gündeşlə birgə səhnəyə çıxacaq. Bu barədə sənətçinin mətbuat xidmətindən bildirilib. Müğənnilər bir neçə saat ərzində sevilən mahnıları ilə tamaşaçıları coşduracaq. Araşla eyni səhnəni bölüşən müğənni Ebru Gündeşin də həyat yoldaşı Rza Zərrab əslən azərbaycanlıdır. Qeyd edək ki, Arəş Ləbafzadə 1977-ci ildə Tehranda azərbaycan əsilli ailədə dünyaya göz açıb. 10 il İranda yaşayan Araş daha sonra ailəsi ilə birlikdə Avropaya köçüb və orada sənət fəaliyyəti ilə məşğul olmağa başlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.