banner
banner

Sosİal

Nazir müavini: Gənclər arasında işsizlik 9,2 faizdir

Nazir müavini: Gənclər arasında işsizlik 9,2 faizdir

Azərbaycanda bu gün 14-29 yaşlı gənclər arasında işsizlik 9,2 faizdir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu göstərici ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur.

 

M.Kərimli deyib ki, gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir.

Nazir müavininin sözlərinə görə, Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir: "Azərbaycanda əhalinin 25 faizindən çoxu məhz 14-29 yaşlıdır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır".

M.Kərimli qeyd edib ki, hər il Azərbaycanda əmək bazarına 100 min gənc daxil olur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.