banner
banner

Sosİal

Qaradağda qanvermə aksiyası keçirilib

Qaradağda qanvermə aksiyası keçirilib

Azərbaycanda xeyirxahlıq fəaliyyətinin geniş vüsət alması məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır və sevindirici haldır ki, 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və qayğısı ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib. Ölkənin birinci xanımı bununla bütün ictimaiyyəti talassemiyalı uşaqlara yardım etməyə çağırıb.

Əfsuslar olsun ki, Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə düçar olmuş pasiyentlər mövcuddur və bu xəstələrin həyatı kütləvi surətdə keçirilən qanvermə aksiyalarından asılıdır. Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və donor qanına tələbatı artırır.

 

Heydər Əliyev Fondunun başladığı bu xeyirxah missiyanın davam etdirilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə 30 yanvar 2019-cu il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində keçirilən qanvermə aksiyasında 100-ə yaxın rayon sakini təmənnasız olaraq qan verib.

Ümid edirik ki, verilən qan talassemiyadan əziyyət çəkən şəxslərə şəfa bəxş edəcəkdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.