banner
banner

Sosİal

Şamaxıda vulkandan sonra iki yaşayış evində çatlar əmələ gəlib

Şamaxıda vulkandan sonra iki yaşayış evində çatlar əmələ gəlib

Şamaxı rayonunun Quşçu kəndində baş verən vulkan püskürməsi nəticəsində iki yaşayış evində çatlar əmələ gəlib.

Bu barədə “Report”a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.

O bildirib ki, vulkan püskürən zaman alov qeydə alınmayıb: “Elə də güclü püskürmə olmayıb. Vulkan nəticəsində yer qatından çıxarılan palçıq və süxurlar 2 hektar sahəyə qədər yayılıb. Vulkanın baş verdiyi ərazinin 40-50 metr yaxınlığında yerləşən iki yaşayış evinin divarlarında çatlar əmələ gəlib. Yer səthində isə heç bir çat qeydə alınmayıb. Heç bir xəsarət alan olmayıb”.

A.Əliyev qeyd edib ki, “Quşçu” vulkanı sonuncu dəfə 2018-ci ilin yanvar ayında püskürüb: “Son 200 il ərzində “Quşçu” vulkanı 15 dəfə püskürüb”.

Qeyd edək ki, Şamaxı rayonunun Quşçu kəndində vulkan püskürməsi fevralın 13-də saat 06:25-də qeydə alınıb. Püskürmə 1 dəqiqə 30 saniyə davam edib. Hadisədən sonra AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Şamaxı rayonunda vulkan püskürən əraziyə yollanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.