Sənətçi göz yaşı tökdü:"Onu boru ilə bəsləyirik" FOTOLAR
Dünya şöhrətli müğənni canlı efirdə göz yaşlarına boğuldu. Məşhur müğənni Selin Dion ərinin yenidən xərçəngə tutulduğunu açıqlayıb. "ABC News"da Debora Robertsin qonağı olan S.Dion 73 yaşlı ərinin qırtlaq xərçəngindən əziyyət çəkdiyini deyib. O, ərinə necə baxdığını açıqlayanda göz yaşlarını gizlədə bilməyib. O, ərini borularla qidalandırdığını deyib. "Yemək yeyə bilmir. Ona görə onu mən bəsləyirəm. Gündə üç dəfə ona boru ilə yemək verirəm".
Sənətçi əri Rene Angelilin xəstəliyi ilə bağlı olaraq bir müddət konsertlərinə ara vermək məcburiyyətində qaldığını deyib. Dion bir neçə böyük konsertini təxirə salmalı olub. "Özümü, varlığımı, enerjimi həyat yoldaşıma sərf etmək istəyirəm".
Xatırladaq ki, Selin Dion musiqiçi Rene Angelil ilə 1994-cü ildə ailə qurub. Onların Rene Çarles adında 14 yaşlı oğlu, 4 yaşlı Eddi və Nelson adlı əkizləri var. R. Angelil ilk dəfə 1999-cu ildə xərçəngə tutulub. Dion o zaman da ərinin yanında olmaq üçün kariyerasına fasilə vermişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.