2018-ci il ərzində İranın Gilan vilayətində 1385 ton sümüklü balıq ovlanıb.
Trend-in məlumatına görə, bunu İranın Gilan vilayəti Balıqçılıq İdarəsinin baş direktoru İshaq Şabani deyib.
İ.Şabaninin sözlərinə görə, ovlanan balıqların dəyəri 536 milyard rialdır (təxminən 12,7 milyon dollar).
Xəzərdə balıq ovunun artmasının səbəbini ov mövsümünün tez başlaması ilə əsaslandıran İ.Şabaninin sözlərinə görə, ən çox ovlanan balıq kefal (826 ton) və kütüm (529 ton) olub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.