Azərbaycanda su hövzələrində ilk dəfə olaraq, 3 yeni zəli növü aşkar edilib.
Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Mahir Hüseynov Trend-ə bildirib ki, ölkəmizin su hövzələrində "Erpobdellidae" fəsiləsinə aid olan zəli növlərinin - "Dina stschegolewi", "Dina lineata" və "Dina cf. Farsa"nın olduğu müəyyən edilib.
M.Hüseynov bildirib ki, Azərbaycanda hirudofauna indiyə qədər öyrənilməyib: "Ədəbiyyatlarda verilən məlumatlara görə isə hidrobioloji tədqiqatlarda indiyədək Azərbaycanın şirin sularında 15 növ, Xəzərdə 3 növ zəli qeydə alınıb. Bizim yeni tədqiqatlarımız "Dina stschegolewi" növünün Cənubi Qafqazda və Şimali İranda geniş yayıldığını göstərir. Bundan başqa, onun yayılma modelinin Qara və Xəzər dənizlərinin çay hövzələri ilə bağlı olmasını düşünürük".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.