banner
banner

Şou

Ceydadan qızı ilə bağlı duyğusal paylaşım

Ceydadan qızı ilə bağlı duyğusal paylaşım

Aktrisa Ceyda Düvenci qızı Melisa ilə bağlı paylaşım edib.

Axşam.az-ın məlumatına görə, doğulduqdan qısa vaxt sonra beyin qanaması keçirən Melisanın müalicələrinə davam edən aktrisa tez-tez qızı ilə bağlı fikirlərini sosial media izləyiciləri ilə bölüşür:
"Yaşlanmaq, böyümək, sürətlə keçən zamanda, həyatın axışında başqa bir sən olmaq... Həyatımın bu ərəfəsi yeniliklərə, dəyişimlərə açıqdır. Bir az sancılıdır, amma bilirəm ki, sonu çox gözəldir. Çünki dəyişmək özü də gözəldir. Anlamaq, bir səyahətə çıxa bilmək çox böyük cəsarət və sevgi istəyir. Buna görə də öz şəklimə baxıb afərin demək istəyirəm. Başladığım bu səfər xeyirli olsun. Və məncə insanın ən gözəl səyahəti özü içinə doğru etdiyidir".

Qeyd edək ki, Melisa Ceydanın birinci evliliyindən dünyaya gəlib. Hazırda isə o, aktyor Bülent Şakrakla ailə qurub və onların Ali adlı oğlu var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.