Azərbaycanda “Sağlam qida” tədbirlərinə start verildi
Payızlıq əkinlərə qulluq, bağlarda erkən yaz tədbirlərinin aparılması və yazlıq tarla işlərinə hazırlıq dövründə bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması önəmli olmaqla yanaşı məsuliyyət də tələb edir. Hazırda təsərrüfat sahibləri bol məhsul almaq üçün torpağın qidalandırılması, bitkilərin inkişafı və zərərli orqanizmlərdən qorunması üçün zəruri vasitələrdən, xüsusi ilə aqrokimyəvi maddələrdən və bitki mühafizə vasitələrindən istifadə edirlər.
Trend-in məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, müvafiq tədbirlər görərkən torpaq, hava, su çirkləndirilməməli, eləcə də insanların və heyvanların sağlamlığına zərər vurulmamalıdır.
Bu məqsədlə Agentlik tərəfindən təsərrüfat sahibləri arasında maarifləndirmə tədbirləri genişləndirilib. Hazırda respublikanın bütün regionlarında istixanalarda, açıq sahələrdə becərilən və anbarlarda saxlanılan məhsullara fitosanitar müşahidələr tətbiq olunur. Fermerlərə düzgün qulluq və mübarizə tədbirlərinə dair tövsiyələr verilir.
“Sağlam qida” şüarı ilə təsərrüfat sahiblərinə dəstək məqsədi ilə torpaqlardan və məhsullardan nümunələr götürülərək ödənişsiz laborator müayinələrə cəlb edilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.