Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Demet Akbağın həyat yoldaşı Zafer Çika avtomobil qəzasında həyatını itirib.
Axşam.az xəbər verir ki, mərhumun dəfni dünən reallaşıb. Lakin onun dəfn mərasiminə Zaferə “Mənəvi atam” deyə, müraicət edən futbolçu Arda Turanın qatılmaması diqqət çəkib.
Turan “Kanal D”də yayımlanan “İkinci sayfa” proqramına açıqlama verib. Arda “Səhərlər məşqlər olur deyə, klub icazə vermir, şəhərdən kənardayıq. Buna görə atamın və nənəmin dəfninə belə qatılmadım” deyə, söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.