Müğənni Kənan Doğulu Hacettepe universiteti tərəfindən təşkil olunan "Ən yaxşı kişi sənətçi" mükafatına layiq görülüb. Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə İnstaqram hesabında paylaşım edib. Fotoya şərh yazanlardan biri də aktrisa Beren Saat olub. O, həyat yoldaşını bu münasibətlə təbrik edib. Bununla da onlar bir daha boşanma iddialarının yalan olduğunu göstəriblər. Qeyd edək ki, artıq bir neçə həftədir ikilinin boşanacağı haqda xəbərlər yayılıb. Lakin hər iki tərəf açıqlamalarında ayrılmayacaqlarını vurğulayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.