Türkiyəli aktrisa Beren Saat ikinci dəfə xəstəxanalıq olub.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, "Atiye" serialının çəkilişlərində ssenariyə görə, tabutun içinə girməli olan sənətçinin qəfil halı pisləşib. Çəkiliş komandası dərhal təcili yardım çağırıb və Beren xəstəxanaya aparılıb.
Qeyd edək ki, Saat bir gün öncə də xəstəxanaya aparılmışdı. Onun qayınanası ilə marketdə dava edəndən sonra halı pisləşmişdi.
Onu da bildirək ki, aktrisa son günlər həyat yoldaşı Kenan Doğulu ilə boşanma xəbərləri ilə gündəmdə idi. Onların evliliyindəki problem Beren Saatın doğum günündə etdiyi paylaşımla ortaya çıxmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.