“TV 8”in rəhbəri Acun Ilıcalı ilə sevgili olduğu iddia edilən Itır Esenin “Kitablar aksesuar deyil!” paylaşımı ətrafında qalmaqal böyüyüb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, Esenin bununla Acunun yeni boşandığı Şeyma Subaşıya söz atdığı irəli sürülüb.
Esenin bu hərəkətindən sonra Subaşı ard-arda paylaşımlar edib.
İnstaqram hesabında Elif Şafakın kitabını paylaşan Şeyma “Yolda, tıxacda, kafedə, dostlarımı gözləyərkən mənə ən yaxşı yoldaşlıq edəcək şeyi tapdım. Kitablarımı da çantam, eynəyim kimi yanımda gəzdirəcəm” deyib.
Subaşı bunun ardından dərhal sonra kitabda olan bir hissəni yayımlayaraq, Esene sataşıb. Şeymanın paylaşdığı hissədə “Əsas çirk xaricdə deyil, daxildədir... Geyimdə deyil, qəlbdədir. Onun xaricində hər ləkə nə qədər pis görünsə də, yuyulduqda təmizlənir. Yumaqla çıxmayan tək çirk qəlblərdə yağ bağlamış pis niyyətdir” sözləri yazılıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.