"Gözümüzün qabağında silahla adam vurub öldürdülər"
Aktyor cütlük Pelin Akil və Anıl Altan sosial şəbəkədənin ən aktiv istifadəçilərindəndir.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük həyatında baş verən bütün hadisələri izləyiciləri ilə bölüşür. Akil son etdiyi paylaşımla izləyicilərini həyəcanlandırıb.
Altan ilə bazar günü səhər yeməyinə gedən Akil evə qayıdarkən bir cinayətin şahidi olduqlarını açıqlayıb.
"Əvvəlcə Bağdat küçəsində silahla bir adam bir adamı vurdu, çox yaxınımızda. Adam elə hadisə yerində öldü. Allahın verdiyi cana bir başqasının son verməsi bu qədər asandır? Çox qorxunç və üzücü. Allah hər kəsin içinə gözəllik versin" deyə, aktrisa paylaşımında qeyd edib.
Hamilə olan Pelin çox pis anlar yaşadığını söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.