2-7 aprel tarixlərində Şahdağ və Hirkan Milli Parklarında çex mütəxəssisləri tərəfindən milli parkların əməkdaşlarına, Dövlət Turizm Agentliyinin və bir sıra turizm şirkətinin nümayəndələrinə treninqlər keçirilib və təyin olunan marşrutlar üzrə nişanlanma işləri aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bir çox ölkələrdə tətbiq olunan “çex modeli” üzrə turist marşrutlarının nişanlanması işlərinin digər milli parklarda da aparılması planlaşdırılır. Bu nişanlar turistlərin cığırlardan kənara çıxmamasına və marşrut üzrə rahat hərəkət etmələrinə xidmət göstərəcək.
Qeyd edək ki, turizm cığırlarının bu üsulla nişanlanmasının tətbiqi Azərbaycanda ekoturizm fəaliyyətinin müasir standartlara uyğun qurulmasına şərait yaradacaq.
Xatırladaq ki, 2019-cu ilin əvvəlində Çexiya Respublikasının ölkəmizdəki səfiri və ekologiya və təbii sərvətlər naziri arasında keçirilmiş görüşdə Azərbaycanın bir sıra milli parklarında turist cığırlarının “çex modeli” üzrə nişanlanmasına razılıq verilib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.