Bu gün “Yer saatı” (“Earth Hour 2015”) beynəlxalq aksiyası keçiriləcək. Bu il “Yer saatı” aksiyasında dünyanın 156 ölkəsinin sakinləri iştirak edəcək. Onların arasında Azərbaycanda var. Proqram çərçivəsində qlobal aksiyanın iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 20:00-da Azadlıq meydanında toplaşacaqlar. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət evinin və “Marriott Absheron” otelinin fasadının işıqlandırılması dayandırılacaq.
Layihə saat 22:00-da başa çatacaq. Xatırladaq ki, layihə çərçivəsində dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox adam insan dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşir. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son şənbə günündə keçirilir.
Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. “Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.