Geyindiyi dəbli paltarlarla hər zaman gündəmdə olan moda bloqqeri Etel Baler Türkiyənin Kanlıca səmtində yerləşən villasının qapısını "InStyle Home" dərgisinə açıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Baler "Həyatda hər şeydən əl çəkərəm, əsas içində hüzur və sevgi olsun" deyib.
Uşaqlığının Büyükadada keçdiyini və orada tarixi bir malikanədə böyüdüyünü söyləyən Baler 8 il əvvəl köçdüyü villada qalır. Boğaziçində yerləşən ağ villa nostalji ab-havası ilə diqqət çəkib.
1860-cı ildə Saraylı Fatma xanım üçün tikilmiş ev 1909-cu ildə əczaçı Ethem Pertev tərəfindən satın alınıb və yenidən qurulub. Etel bildirib ki, villanı aldıqdan sonra görünüşündə çox dəyişiklik etməməyə çalışıb.
"Bura ilk dəfə köçəndə portağal ağacı əkmək istəyirdim. Amma bütün bağbanlar boşazın havasında portağalın bitməyəcəyini deyirdi. İndi bağçamda çoxdur bu ağacdan" deyə, modelyer bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.