banner
banner

Sosİal

Azərbaycanda radarlarla bağlı- YENİLİK

Azərbaycanda radarlarla bağlı-

Azərbaycanda rayonlarda yerli əhəmiyyətli yollarda da radarlar quraşdırılacaq. Cia.az-ın məlumatına görə, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, hazırda ölkədə sürət həddinin aşılması hallarının daha çox müşahidə edildiyi yollarda hərəkət təhlükəsizliyinin tənzimlənməsi ilə bağlı müvafiq işlər gedir: "Bununla bağlı təkcə Bakıda və Abşeronda yox, respublikanın müxtəlif bölgələrində yollarda radarların quraşdırılması işləri davam etdirilir. Bu gün bir sıra bölgələrdən vətəndaşlardan yollarda radarlar və xüsusi kameralar quraşdırılması ilə bağlı bizə çoxlu müraciətlər daxil olur. Son dövrlərdə təkcə respublika əhəmiyyətli yollar yox, yerli əhəmiyyətli yolların da çoxu təmir edilib, düzəlib. Sürücülər də elə bil sürət üçün susayıblar. Onlar həmin ərazilərdə yolun həmişə pis vəziyyətdə olduğuna öyrəşiblər. İndi isə çalışırlar ki, daha sürətlə hərəkət etsinlər. Amma fikirləşmirlər ki, yüksək sürətlə hərəkət etmənin sonunda avtomobili saxlaya bilmək məsələsi də var. Lakin o ana çatanda artıq gec olur və bu da ağır nəticələrə gətirib çıxarır. Sürət həddinin aşılmasının qarşısının alınması üçün bizim köməyimizə çatan ən başlıca vasitə isə radarlardır. Ona görə də həmin ərazilərdə radarlar qoyulacaq. Bu proses başlayıb və indi davam etdirilir”.

Qeyd edək ki, respublikada qeydə alınan yol qəzalarının 30-31 faizinin məhz sürət həddinin aşılması səbəbindən baş verdiyi bildirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.