Türkan Şoray istirahəti üçün külli miqdarda pul xərcləyib.
Axsam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Yeşilçam”ın sultanı Türkan Şoray bir aylıq istirahəti üçün 312 min lirə xərcləyib.
Hər il qızı Yağmur Ünalla istirahət edən sənətçi, bu dəfə bütün ailə üzvləriylə tətilə getməyə qərar verib. Hazırda Türkan aktrisa qızları Yağmur və Irmak Ünal, bacıları Nazan Şoray və Figen Çevik Gezerlə Bodrumda istirahətdədir
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.