Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, hazırda 6 məktəbdə təmir-tikinti işləri aparılır, 1 məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, 6 məktəbdə isə mövcud binlaların və köhnə korpusların yenilənməsi, əlavə korpusun tikintisi işləri planlaşdırılır.
Belə ki, 39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 101 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi həyata keçirilir. Həmçinin 300 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir. 208 nömrəli tam orta məktəbin isə bütövlükdə binasının sökülərək yenidən tikintisi həyata keçirilir.
Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb.
Həmçinin 154 və 205 nömrəli məktəblərin sökülərək yenidən tikintisi, 90, 97 və 155 nömrəli tam orta məktəblərin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi nəzərdə tutulur, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi planlaşdırılır.
Hazırda həyata keçirilən bütün təmir və tikinti işlərinin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.