Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni doğum gününü ailəsi ilə birlikdə qeyd edib. Partidə müğənninin övladları ilə yanaşı birinci əri Hakan Uralın son evliliyindən olan qızı da yer alıb.
Qeyd edək ki, Sibel 1988-ci ildə Hakan Ural ilə evlənib. Cütlüyün bu evlilikdən Melisa və Engincan adlı iki övladı var. Hakanla evliliyini sonlandıran müğənni 2000-ci ildə Sülhi Aksüt ilə evlənib. Onun bu evlilikdən Emir adlı bir oğlu var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.