Məşhur cütlük toydan əvvəl 500 minlik yaxtada parti etdi
"Christina" adlı dəbdəbəli yaxtada Tom Kaulits və Haydi Klum toydan əvvəl dostları üçün parti təşkil ediblər.
Axşam.az xəbər verir ki, yaxtada cütlüyün dostları və övladları yer alıblar. 9 yaşlı Lu, 12 yaşlı Genri və 15 yaşlı Helen gəzinti boyunca əylənib.
Bildirilib ki, modelin övladları analarının sevgilisi ilə yaxşı yola gedirlər. paparassilər yaxta gəzintisindən fotolar çəkməyə nail olublar.
Məşhur "Christina" yaxtası son günlər varlıların əyləncə mərkəzinə çevrilib. 1943-cü ildə hazırlanan su nəqliyyat vasitəsində Merilin Monro, Uinston Çerçil, Qreys Kelli kimi məşhurlar dincəlib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.