banner
banner

Sosİal

8 ermənini "yıxıb-sürüyən" azərbaycanlı - VİDEO

8 ermənini "yıxıb-sürüyən" azərbaycanlı

Gürcüstanın paytaxtı Tiflisdə kombat  taekvando üzrə Gürcüstan açıq birinciliyi keçirilib. 

CİA.Az-ın  TTV-yə istinadən verdiyi məlumata görə, yarışda ölkəmizi Qazax əlbəyəxa döyüş komandasının üzvləri təmsil edib. 

Komandamızın hər 3 idmançısı vətənə medalla dönməyi bacarıb. İlk olaraq rinqə çıxan Vüqar Bayramov inamlı mübarizəsi ilə yadda qalıb.

İlk iki döyüşündə yerli idmançılarla qarşılaşan Vüqar Bayramov finalda da gürcü həmkarı ilə döyümlə olub və nakautla qələbə çalıb.
 
Komandanın növbəti üzvü Rəhman Bayramov isə zədəli olması səbəbi ilə finalda qələbə qazana bilməyib və yarışı ikinci pillədə başa vurub.
 
Komandanın digər  üzvü Kənan Davudovun uğuru isə xüsusilə yaddaqalan olub. Belə ki, finaladək inamla irəliləyən Kənan burada erməni rəqibi ilə üz-üzə gəlib:

"İlk iki görüşümdə inamı mübarizə apardım. Rəqiblərimi üstüələyərk finala adladım. Burada erməni idmançı ilə qarşılaşdığım üçün daha böyük inamla döyüşdüm. Nəticədə 24 saniyəyə onu nokaut etdim."
 
Rəqibini 24 saniyəyə təslim edən Kənan deyir ki, 5 illik idmançı karyerası dövründə düz 8 dəfə erməni idmançılarla qarşılaşıb. Və bu 8 görüşün hər biri ermənilərin məğlubiyyəti ilə nəticələnib. Kənan Davudov yarışlardan  birində Ermənistanı təmsil edən 3 idmançını ardıcıl məğlub edərək baş mükafata da sahib  olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.