banner
banner

Sosİal

Bakıya Ebolaya görə xüsusi geyimlər gətirildi

Bakıya Ebolaya görə xüsusi geyimlər gətirildi

Səhiyyə Nazirliyi Ebola virusundan qorunmaq üçün xüsusi geyimlər alıb.

Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Anaq Qədirli məlumat verib.

A.Qədirli bildirdi ki, xüsusi geyimlər artıq ölkəyə gətirilərək müvafiq qurumların tabeliyinə verilib.

Qeyd edək ki, virusa yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri üçün nəzərdə tutmuş xüsusi geyim dəsti insan bədənini tamamilə örtən xüsusi paltar, əlcək, maska, qoruyucu eynək və rezin çəkmədən ibarətdir.

Kosmonavtların geyiminə bənzər geyimlərdə insanın gözləri də daxil olmaqla bütün üzvləri qapadılır.

Ebola virusunun yayıldığı ölkələrdə xəstələrə qulluq edən tibb heyəti yalnız bu paltarlardan istifadə edir.

Anar Qədirli dedi ki, Ebola da daxil olmaqla xüsusi təhlükəli viruslara yoluxan xəstənin daşınması üçün xüsusi təcili tibbi yardım maşınları da alınıb:

“Xüsusi təhlükəli virusa yoluxan xəstələrin daşınması üçün maşınlarımız var. Həmin maşınlarda quraşdırılmış avadanlıqlar vasitəsilə xəstənin ətraf mühitlə əlaqəsi kəsilir. Bir sözlə, Azərbaycan Ebolaya yoluxmuş xəstələrə qulluq edəcək hər növ geyim və avadanlıqlara malikdir”.

Qeyd edək ki, xarici ölkələrdə Ebolaya yoluxan və ya bu xəstəlikdən dünyasını dəyişənlərin daşınması üçün təyyarələrdə şüşədən ibarət xüsusi qurğu quraşdırılır. Amma mütəxəssislər hesab edirlər ki, virusa yoluxan xəstələr qoruyucu paltardan istifadə etdikdə belə onların xlorinlə dezinfeksiya olunması mütləqdir.

Xatırladaq ki, virus xəstənin qanı və ya ifrazatı ilə birbaşa əlaqə, xəstənin ifrazatı ilə çirklənmiş obyektlərlə təmas, ölmüş Ebola xəstəsinin dəfn edildiyi müddətdə cəsədə toxunmaq zamanı yoluxur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.