banner
banner

Sosİal

Qalmaqallı Lamiyə Bakıya köçür – SƏBƏB

Qalmaqallı Lamiyə Bakıya köçür –

Həbsdə ana olması ilə gündəmi çalxalamış Lamiyə Quliyeva iş axtarır.

Azadlığa çıxandan sonra Bakıya köçməyə hazırlaşan keçmiş məhkum orta təhsilini başa vura bilmədiyi üçün iş tapmaqda çətinlik çəkir. Bu da ona ciddi problem yaradıb.
Lamiyə paytaxtda məskunlaşmaq arzusundadır. Ona iş və mənzil şəraiti yaradılacağı gözləntisi var.
12 il həbsdən sonra azadlığa çıxan L.Quliyeva övladı ilə birlikdə Bakıda yaşamaq planı qurub. Onu da yada salaq ki, Lamiyə şəxsiyyət vəsiqəsi alıb. O, həbs ediləndə 15 yaşı olub.
 
2003-cü ildə Lamiyə Şəmkirin icra başçısı olmuş Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə ittiham edilib. Məhkəmə Lamiyəyə 10 il, keçmiş nişanlısı Vüqar Əliyevə ömürlük hökm oxuyub. Həbsxanada nəzarətçinin döyməsi ittihamı ilə Lamiyənin işi daha 5 il artırılıb. Ana olması ilə gündəmə gələndən sonra Quliyeva azad edilib. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.