banner
banner

Şou

Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi

Türkiyəli aktyorlar “Kann”da diqqət çəkdi

Dünyanın ən prestijli televiziya sərgisi “Mipcom” ötən gün “Kann Film Festivalı”nda start götürüb.

 

Axşam.az xəbər verir ki, dünyanın hər yerindən televiziya peşəkarlarının görüşdüyü sərgidə türk serialları diqqət çəkib. Türkiyənin nüfuzlu ATV, “Star” TV, “Fox” TV və “Kanal D” kimi TV-lərinin seriallarında oynayan aktyorlar da “Mipcom”a qatılıb.

Qırmızı xalıda “Kuruluş Osman” serialı ilə ekranlara geri dönməyə hazırlaşan Burak Özçivit, “Hercai” serialının ulduzları Akın Akınözü və Ebru Şahin marağa səbəb olub.

Tədbirdən paylaşılan fotolar sosial mediada gündəm yaradıb. Xarici kanallara müsahibələr verən Akının ingilis dilində sərbəst danışması da diqqət cəlb edib.

Sərgidə Halit Ergenç, Ozan Güven, Aslı Enver, Nur Fettahoğlu, Birce Akalay kimi önəmli sənətçilərin yer aldığı “Babil” internet serialının ilk afişası da “Mipcom” sərgisində təqdim edilib.

 

 

 

 

 

 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.