Daha 5 Azərbaycan vətəndaşı Yəməndən təxliyə edildi
Rusiyaya məxsus ikinci təyyarə Yəməndən təxliyə edilən yerli və digər ölkə vətəndaşlarından ibarət növbəti qrupu Moskvaya gətirib. "Report" TASS-a istinadən xəbər verir ki, ikinci təyyarə ilə təxliyə olunanlar arasında 5 Azərbaycan vətəndaşı var. Təyyarə Yəməndən uçan birinci hava gəmisindən bir neçə saat sonra Moskva vilayətinin Çkalovski aerodromunda eniş edib. Təyyarənin göyərtəsində təqribən 150 sərnişin olub. Bunlar Rusiya, Özbəkistan, Tacikistan, Yəmən, Belarus, Azərbaycan, Polşa, Qırğızıstan və Ukrayna vətəndaşları olublar. Qeyd edək ki, birinci təyyarə reysi ilə iki Azərbaycan vətəndaşı təxliyə edilmişdi.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.