Türkiyəli aktrisa Dilan Çiçek Deniz dünən keçirilən "Fashion Film Festivalı"na qatılıb.
Axşam.az xəbər verir ki, sənətçinin həddən artıq arıqlaması nəzərlərdən yayınmayıb. O, son günlər haqqında çıxan "anoreksiya blumiya" xəstəliyinə tutulması ilə bağlı iddiaları cavablandırıb.
"Bəzi ərzaqlara qarşı allergiyam olduğu üçün arıqlamışam. Özümü yaxşı hiss edirəm. Heç bir xəstəliyim yoxdur. Ancaq bir neçə kiloqram kökəlsəm, pis olmaz" deyə o, bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.