banner
banner

Şou

“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir Şahmalıoğlu – VİDEO

“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir”

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Tacir Şahmalıoğlu olub.

Sənətçi, yenicə azadlığa çıxan ifaçı Fədayə Laçın haqqında maraqlı açıqlama verib:

“Həbs müddətində Fədayəyə baş çəkmək mümkün olmadı. Çünki, ailə üzvlərindən başqa heç kimi yanına buraxmırdılar. Bacısı İlahə Fəda nə danışdığını bilmir. O Fədayənin işinə qarışmasa yaxşıdır. Çünki, Fədayə ağıllı- başlı qızdır. İnsanın başına hər iş gələ bilər, ayağı çuxura da düşə bilər. İlahə elə şərait yaradır ki, Fədayə öz müəllimini unutsun. Ona sənəti mən vermişəm, oxumağı öyrətmişəm. Fədayəni güclü ifaçı mən etmişəm. Tövsiyə edərdim ki, Fədayə öz ağlı ilə hərəkət etsin. İlahə deyib ki, Tacir yaxşı müəllim olsaydı Fədayə həbsxanaya düşməzdi. Mənim başqa işim yoxdur ki, düşüm Fədayəni güdüm ki, nə edir? Mənim yanımda olduğu müddətdə nə həbs edildi, nə də yıxıldı. 15 ildir ayrılmışıq. Tək oxumaq istədi, səhv etdi. Heç nə əldə edə bilmədi. Azadlığa çıxdıqdan sonra təşkil etdiyi yığıncağa məni niyə dəvət etmədiyini bilmirəm. Səbəbini soruşacağam”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.