Aktrisa Ancelina Coli ilə bağlı hər kəsi şok edən oğurluqda günahlandırılıb.
Axşam.az xəbər verir ki, əvvəl aktrisa ilə çalışan Antoinette Abbamonte "Coli ideyalarımı oğurladı. Yanında işlədiyim vaxtda mənə istedadı olmayan biri kimi davranırdı" deyib.
Eşitmə və danışma əngəlli olan Abbamonte aktrisa ilə işləyəndə dünyanın ilk lal və kar qəhrəmanı haqqında film çəkmək istədiyini söyləyib. Ancelina isə bu ideyanı "Eternals" filmində reallaşdırıb.
O, Colinin onun fikirlərini oğurlayaraq, özünü dünyanın xeyirxah insanı kimi təqdim etməyə çalışdığını söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.