Bir vaxtların məşhur “Selvi Boylum Al Yazmalım” filminin balaca aktyoru “Səməd”i görənlər indi tanımaqda çətinlik çəkirlər.
Axşam.az xəbər verir ki, 30 il əvvəl çəkilən ekran işində Elif İnci maraqlı obrazı ilə yadda qalıb. Hər kəs bu balacanın oğlan uşağı olduğunu zənn etsə də, əslində o, qız imiş.
“Zıkkımın Kökü” filmindən sonra “Ən yaxşı qadın aktrisa” mükafatı alan İnci ilk ekran işinin “Selvi boylum Al Yazmalım” olduğunu demiş və orada oğlan obrazı oynadığını etiraf etmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.