Türkiyəli aktrisa Tuba Büyüküstünün baş rolunu canlandırdığı “İmperiyanın yüksəlişi: Osmanlı” serialının yayımına start verilib.
Axşam.az xəbər verir ki, “Netflix”də nümayiş olunan ekran işində aktrisa hamamda çəkilən səhnəsi ilə gündəmə gəlib.
Qeyd edək ki, Cem Yiğit Üzümoğlu, Səlim Bayraktar, Birkan Sokullu, Osman Sonant, Tolqa Tekin, Ushan Çakır və Damla Sönməzin rol aldığı serialda Fatih Sultan Mehmetin yüksəlişindən və İstanbulun fəthindən bəhs olunur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.