banner
banner

Sosİal

Azərbaycan “EMİTT 2020” sərgisində uğurla təmsil olunub

Azərbaycan “EMİTT 2020” sərgisində uğurla təmsil olunub

Türkiyənin İstanbul şəhərində keçirilən “EMİTT 2020” Beynəlxalq Turizm Sərgisində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasi (AHTTSA) böyük nümayəndə heyəti ilə təmsil olunub. Sərgidə AHTTSA-nı təşkilatın prezidenti Ruslan Quliyev, vitse-prezidenti və SKAL İnternational Baku klubunun sədri Ceyhun Aşurov, AHTTSA-nın icraçı direktoru Tərlan Quliyev, inzibati işlər üzrə menecer Ayxan Şəfiyev təmsil edib. Türkiyənin ən böyük sağlamlıq turizm təsislərindən olan “Doğan Geotermal” Şirkətlər Qrupuna daxil olan Hattusa Vacations & Сlubla eyni stendi bölüşən Azərbaycanın turizm təmsilçiləri işbirliyi çərçivəsində ölkənin tanınmış termal turizm müəssisələri olan Naftalan, Qalaaltı, Duzdağ və digərləri barədə ziyarətçilərə ətraflı məlumat verib, təqdimatlar zamanı müxtəlif tanıtım, broşurlar paylanıb. 

Sərgi çərçivəsində müxtəlif rəsmi və qeyri-rəsmi görüşlər keçirilib. Həmçinin Azərbaycan nümayəndə heyətinin “Dogan Geotermal” Şirkətlər Qrupuna aid olan Balıkəsirdə Hattusa Vacation termal təsisinə və Çanaqqala bölgəsinə 2-5 fevral tarixində işgüzar səfəri təşkil olunub. Səfərdə Azərbaycan Turizm Bürosu, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi (AHTTSA), Skal İnternational Baku klubu, “Millennium Turizm”, “Sayahat” turizm şirkəti, “Zenit tour”, “Abu Ali Travel”, “Nursoy Travel”, “Alyaska tour” və digər Azərbaycan şirkətlərinin nümayəndələri iştirak edib. Fevralın 3-də səfər çərçivəsində Çanaqqala bölgəsində yerləşən regionun ən böyük hoteli olan “Kolin”də təşkil edilən Çanaqqala SKAL üzvləri ilə işgüzar naharda fikir mübadiləsi aparılıb və gələcək ortaq layihələr haqqında qərarlar qəbul olunub. Daha sonra Çanaqqala şəhidliyi və Azərbaycan şəhidlərinin məzarları ziyarət olunub.

Fevralın 4-də Hattusa Vacations & Clubla yaxından tanışlıq və Azərbaycanın sağlamlıq turizmi haqqında daha ətraflı məlumat vermək məqsədilə təqdimatlar keçirilib. Azərbaycan Turizm Bürosunun nümayəndəsi Xədicə Nəsirova iştirakçılara ölkəmiz haqqında ətraflı məlumat verərək mövcud turizm potensialı və həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında danışıb. Görüşdə həmçinin ikitərəfli əməkdaşlıq memorandumu da imzalanıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.