Türkiyəli aktrisa Elçin Sanqu bir neçə gün əvvəl müsahibələrinin birində “Biz bahalı fəhləyik” deyərək serialların vaxtının uzun olmasından gileylənmişdi.
Axşam.az xəbər verir ki, Sanqunun sözlərinə aktrisa Belçim Bilgin də münasibət bildirib.
O, həmkarının sözləri ilə razılaşmadığını deyib:
“İllərdir seriallarda rol alır, yorulduğu üçün elə düşünə bilər. Mən çox seçici davranıram, hər ssenarini qəbul etmirəm. Bəyəndiyim işləri də sevgi ilə edirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.