banner
banner

Sosİal

Eksternat imtahanların nəticələri açıqlanıb

Eksternat imtahanların nəticələri açıqlanıb

Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Musavat.com-a verilən xəbərə görə, imtahanlarda şagirdlərin hazırda təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılıb və ibtidai təhsil səviyyəsi üzrə 3 (üç) şagird müvəffəqiyyət qazanıb. Belə ki, Bakı şəhəri 319 nömrəli tam orta məktəbin III sinif şagirdi Məhəmməd Həsənli, 95 nömrəli tam orta məktəbin III sinif şagirdi Cəlil Baxşızadə, 86 nömrəli tam orta məktəbin III sinif şagirdi Amin Şükürzadə imtahanlarda uğur qazanaraq IV sinfin II yarımilində təhsillərini davam etdirmək şansını əldə ediblər.

Qeyd edək ki, paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunan eksternat imtahanlarında ibtidai təhsil səviyyəsi üzrə 10 (on), ümumi orta təhsil səviyyəsi üzrə 1 (bir), tam orta təhsil səviyyəsi üzrə isə 5 (beş) nəfər olmaqla, ümumilikdə 16 şagird iştirak edib. Şagirdlər hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdiriblər. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunublar.

Onu da qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.