Bakıda milyonlarla manata satılan mənzillər - SİYAHI + FOTOLAR
Bakıda milyonlarla manata mənzillər satılır.
Bu mənzillərin yerləşdiyi binaların əksəriyyəti şəhərin mərkəzində yerləşir və qiymətlərin baha olması da bununla əsaslanır.
Paytaxtda satılan ən bahalı mənzilin dəyəri 6 205 000 manatdır. Yeddi otaqlı mənzil Nərimanov rayonunda yerləşir və ümumi sahəsi 365 kvadratmetrdir.
Bakı şəhəri Nəsimi rayonunda yerləşən dörd otaqlı mənzil isə 5,2 milyon manata satılır. Mənzilin ümumi sahəsi 220 kvadratmetrdir.
Şəhərin Xətai rayonunda da qiyməti dodaq uçuqladan mənzil satılır. 4,8 milyon manata olan 20 otaqlı mənzil binanın birinci mərtəbəsində yerləşir və 1000 kvadratmetr sahəyə malikdir.
“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyası yaxınlığında 3,5 milyon manata altı otaqlı mənzil satılır. Mənzilin ümumi sahəsi 150 kvadratmetrdir.
Paytaxtın Nərimanov rayonunda “Gənclik” metrostansiyası yaxınlığında yeni tikilidə yeddi otaqlı ev satılır. Ümumi sahəsi 400 kvadratmetr olan mənzilin dəyəri 3,4 milyon manatdır. (oxu.az)
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.