“Əlcəklərin üstündə virus daha yaxşı yaşayır” - Tanınmış həkim xəbərdarlıq etdi
Tanınmış həkim Vasif İsmayıl insanların bir çoxunun gündəlik həyatda koronavirusdan qorunmaq üçün əlcək taxması ilə bağlı öz fikirlərini açıqlayıb.
O, qeyd edib ki, məlum pandemiya ilə əlaqədar olaraq müəyyən qrup insanların əlcəkdən istifadə etdiyini müşahidə edir. Lakin istifadə zamanı diqqətli olmaq şərtdir: “İndiyə qədər mənim əlcək haqqında bir fikir bildirdiyimə şahid olmamısınız. Çünki əlcək istifadəsi bir mədəniyyətdir və bu mədəniyyətinə uyğun davranmayanda əlcəklər qoruma yerinə zərər verə bilər”.
V.İsmayıl vurğulayıb ki, əlcəklərin üstündə virus daha yaxşı yaşayır: “Bunu yaxşı yadda saxlayın.
İkincisi, əlcəklər təbabətin qaydasına görə ancaq iş sahəsinə toxunmaq üçündür. Yəni, siz əlcəyi ətrafda kirli sayılan sahələrdən sizə mikrob keçməsini önləmək üçün taxmısınız. O zaman siz kassirsinizsə, pula toxunduqdan sonra, sərnişinsəniz, avtobusdakı tutacağa toxunduqdan sonra əlcəklər kirli sayılırlar.
Kirli əlcəklər sizin və ya başqa insanın əşyalarına toxuna bilməz. Kirli əlcəklərlə telefonunuza, çantanıza, üzünüzdəki maskaya toxunmaq olmaz.
Bir də əlcəklərin çıxarılması qaydası da vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının bu məsələ ilə bağlı buraxdığı broşürdə əlcək çıxarma qaydasının şəkli var.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.