Aktyor Burak Özçivitlə aktrisa sevgilisi Fəxriyyə Evcən gecə gəzintisində görüntüləniblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağışa tutulan cütlük çətin anlar yaşayıb. Jurnalistlərin “Eşq sənə bənzər” filmində sevgilisinə görə çəkilməsi ilə bağlı suallarına Fəxriyyə belə cavab verib:
“Mən peşəkar aktrisayam. Bu cür işlər kiminsə xətrinə görə ola bilməz. Filmdən qonorarımı almışam”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.