banner
banner

Sosİal

"Azərpoçt"un əməkdaşları velosipeddən istifadə edəcək

"Azərpoçt"un əməkdaşları velosipeddən istifadə edəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC 25 ədəd 3 təkərli velosipedin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 17-si, saat 12:00-a qədər, tender təkliflərini isə iyunun 25-i, saat 12:00-a qədər şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72 ünvanında yerləşən baş ofisinə təqdim edə bilərlər.

Tenderin nəticəsi iyunun 29-da, saat 12:00-da vahid dövlət satınalmaları portalında açıqlanacaq.

***

Məsələ ilə bağlı "Azərpoçt"dan "Report"a bildirilib ki, Ümumdünya Poçt İttifaqının QSF (Xidmət Keyfiyyətinin Yüksəldilməsi) layihəsi çərçivəsində ayırdığı vəsait hər il olduğu kimi, bu il də məktub korrespondensiyasının inkişafına yönəldilir: "Layihəyə uyğun olaraq yük avtomobillərinin və 25 ədəd 3 təkərli velosipedlərin alınması nəzərdə tutulub. Əsas məqsəd regionlarda o cümlədən kəndlərdə məktubların çatdırılmasında operativliyi təmin etmək və keyfiyyəti daha da artırmaqdır. Belə ki, əvvəllər poçtalyonlar normativə uyğun olaraq gün ərzində 5 km məsafədə məktubları ünvana çatdırırdısa, velosiped vasitəsilə 15-20 km yol qət edərək bu işin öhdəsindən daha operativ gələcəklər. Hal-hazırda dünyanın bir çox ölkələrində o cümlədən Fransa, İsveçrə, Almaniya və Niderlandda bu təcrübədən istifadə olunur".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.