Qeydiyyata alınan əcnəbilərin sayı artıb - Azərbaycanda
Cari ilin aprelin 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2,56 faiz artıb.
Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Mart ayı ərzində əlavə olaraq 175 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 23 090 nəfərə yüksəlib. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,94 faizini (20 537 nəfər) kişilər, 11,06 faizini (2 553 nəfər) isə qadınlar təşkil edir. Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 231 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2608 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1352 nəfərə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (893), Çin Xalq Respublikası (766), Hindistan (641), Pakistan İslam Respublikası (476), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (383), Ukrayna (272), Özbəkistan (242), Banqladeş Xalq Respublikası (207), Almaniya Federativ Respublikası (199), Filippin Respublikası (196), Türkmənistan Respublikası (188), ABŞ (174), Qazaxıstan Respublikası (169), İtaliya Respublikası (157), Koreya (143) və s. ölkələr qərarlaşıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.