banner
banner

Şou

"Çılğın Bediş"in Banusu indi bu haldadır - Fotolar

"Çılğın Bediş"in Banusu indi bu haldadır - Fotolar

Bir vaxtların məşhur "Çılğın Bediş" serialındakı Banu obrazını canlandıran Sonay Aydının yeni fotoları hər kəsi təəccübləndirib.

 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 1996-2001 illərdə "Kanal D"nin ən reytinqli ekran işi olan "Çılğın Bediş"də ən çirkin obraz Banu idi. Serial başa çatdıqdan sonra Sonay İngiltərəyə köçüb.

Təkcə görünüşü yox, aktrisanın həyatı da tamamilə dəyişib. Aydın yaşadıqlarını "2. Sayfa" proqramında danışıb.

"Sosial şəbəkədə "Hansı əməliyyatları etdirdin, necə dəyişdin" kimi suallar ünvanlanır. Burnumu əməliyyat etdirdim. Saçlarımın rəngini dəyişdirdim. Çox arıq idim, kökəldim. Ancaq bunları etdim" deyə, aktrisa söyləyib.

O bildirib ki, əri ingilisdir. Allan Gibsona türk dilini öyrətdiyini söyləyən Sonay "İlk kəlməsi eşqim oldu. Ona paxlava, böyrək bişirirəm. Mədəniyyətimizə heyrandır" sözlərini əlavə edib.

Aktrisa "Çılğın Bediş"dən də bəhs edib və bunları deyib:

"Həyatımın dönüş nöqtəsi o serial oldu. kastinqlərə gedəndə saçlarımı düzəltdirdim, qaşlarımı uzatdım. "Banu" obrazına girdim. Rejissor Turqut Yasalar "Biri məni çimdikləsin, bu qız karukaturadan gəlib?" dedi. Həmin an rolu aldığımı bildim. İndi gəl, serial çəkirik, desələr, qaçaram. Elə gözəl yaradıcı heyət var idi ki...".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.