banner
banner

Sosİal

Budəfəki 2 günlük qadağa qərarında nələr var? - VİDEO

Budəfəki 2 günlük qadağa qərarında nələr var?

Xəbər verdiyimiz kimi, Azərbaycanda COVID-19 virusunun yayılma sürətinin azaldılması məqsədilə növbəti sərt karantin rejimi 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək tətbiq olunacaq.

Əvvəlki qapanmadan fərqli olaraq bu dəfə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı son günlər virusun yayılmasında artım müşahidə olunan Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonları ərazisində də sərtləşdirilmiş karantin rejimi olacaq.

Sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

Çörək məsullarının istehsalı 15 iyun saat 16:00-dan etibarən bərpa olunacaq.

Qeyd edək ki, Azərbaycanda bu günədək “COVID-19” testi müsbət çıxmış 8191 nəfər aşkarlanıb, 98 nəfər, ölüb, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.

Musavat.com-un bu qadağalarla bağlı hazırladığı videoçarxı təqdim edirik:

Facebook
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.