banner
banner

Şou

“Çimərliklərdəki şezlonqların qiymətin 5 min edərdim” - Hülya Avşar

“Çimərliklərdəki şezlonqların qiymətin 5 min edərdim” - Hülya Avşar

Türkiyəli aktrisa, müğənni Hülya Avşar qızı Zəhranın iş yerinin qarşısında görüntülənib.

Axşam.az xəbər verir ki, memarlıq ofisinin çıxışda müxbirlərin suallarını cavablandıran aktrisa xəyalı olan bağ evini İstanbulun Riva ərazisində yerləşən 62 milyon TL (təxminən 15 milyon 531 min manat) dəyərində olan torpağında tikdirməyə başladığını açıqlayıb:

 

“Zəhranın çalışdığı şirkət sayəsində xəyalımı gerçəkləşdirirəm. Artıq tikinti işləri başlayıb. Tennislə məşğul olmağı sevirəm, tennis kortu da olacaq”.

Uzun müddətdir heç bir yerdə konsert verməyən müğənni “Çıxış edəcək yer tapmaq çox çətinləşib. İyunun 26-da 3 gün Bodrumda çıxışım olacaq. Endirim etməyimi istədilər, amma etmədim” deyə, söyləyib.

H.Avşar Bodrumda yerləşən çimərliklərdə şezlonqların qiymətinin baha olmasına da münasibət bildirib:

“Mən qiymətləri daha da artırardım. Çünki qiymət artdıqca, insanlar oraya daha çox gedirlər. Mən “min lirəlik şezlonqdayam” deyə özünü göstərən vətəndaşlar var. Mən olsam 5 min lirə edərdim. Qapıda növbədə dayanardılar”.

Aktrisanın qolundakı saatının da qiyməti diqqət çəkib. Brilyant qaşlı “Hublot Big Bang” markalı saat 200 min Tl dəyərindədir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.