banner
banner

Sosİal

Bakıda klinikada qızı necə "hamilə" çıxartdılar? - “Nişanlımla şok keçirdik”

Bakıda klinikada qızı necə "hamilə" çıxartdılar?

Bakıda “Avrasiya” Hospitala MRT müayinəsi üçün gedən S.B. adlı xanım pasiyentin başına görünməmiş hadisə gəlib.

 

Axşam.az xəbər verir ki, bu barədə Medicina.az-a pasiyentin özü məlumat verib.

O, bildirib ki, ötən gün qarın və kiçik çanaq hissəsində dəhşətli ağrılarla “Sağlam ailə” klinikasına gedərək, orda USM müayinəsindən keçib. Lakin orada ağrıların səbəbini dəqiq tapa bilməyən həkimlər onu “Avrasiya” Hospitala MRT müayinəsinə göndəriblər. Yalnız bu müayinənin dəqiq nəticə göstərəcəyini deyiblər.

Ağrılar içində və həkimlərin də çaşqınlığından qorxan qız təcili olaraq həmin klinikaya gəlib, müayinədən keçib:

"Sağlam ailə"nin həkimləri göndəriş vərəqində ilkin diaqnoz kimi yumurtalıq kistinin partlaması, qanaması, daxili qanaxma şübhəsi yazmışdılar. Buna baxmayaraq, məni çox baha qiymətə təcili MRT-yə saldılar, cavabı isə 24 saat sonra verdilər.

Ağrıkəsicilərlə birtəhər səhərə kimi gözləmişəm.

Səhər nişanlımla cavabı götürməyə getdik, o dəhşətli, ağlımıza gəlməyən nəticəni eşitdik və şoka düşdük.

Nişanlımın yanında mənə uşaqlıqdan kənar, boru hamiləliyi diaqnozu dedilər. Kağızda “Ekstranterin hamiləlik" yazılmışdı və sual işarəsi qoyulmuşdu. Soruşdum, bu nədir, dedilər, gedin test edin, analiz verin.

Dəfələrlə həkimə dedim ki, bu ola bilməz. Hardan hamilə qala bilərəm, havadan? Axı mən cinsi həyat yaşamıram.
Təsəvvür edin, həmin an nişanlımın vəziyyətini.

Çox böyük dəhşət içində baş həkimin, rəhbərliyin qəbuluna getdim ki etirazımı bildirim, məni içəri buraxmadılar. MRT üçün verdiyim pulu tələb etdim. Açıq-aşkar dedilər ki, pulu da vermirik, diaqnoz da budur”.

Nəticədə "Şəfa" klinikasında yenidən USM olunan xanımda yumurtalıqda ağırlaşmış follekulyar kist aşkar olunub və müalicə yazılıb:

“Bir yanlış diaqnozla mənim bütün sağlamlığım, şəxsi həyatım alt-üst ola bilərdi. Məni bütün xəstəxanada, nişanlımın qarşısında biabır etdilər, məni alçatdılar. O kist partlayardı, qanama güclənərdi... Belə çıxır ki, bunlar boruda olmayan hamiləliyi axtaracaqdılar? Klinikadan ödədiyim pulu geri tələb edirəm. Bİr də onların məni bu dərəcədə alçaltdıqları üçün cavabdehlik daşımasını istəyirəm. Onları məhkəməyə vermək barədə düşünürəm . Sağ olsun "Şəfa klinikası"nın həkimləri, son anda doğru diaqnoz qoyub, məni xilas etdilər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.