banner
banner

Sosİal

İyul-avqustda hərarət normadan yüksək olacaq

İyul-avqustda hərarət normadan yüksək olacaq

Bu il iyul-avqust aylarında havanın temperaturunun çoxillik iqlim normasından (1961-90-cı illərə nisbətən) 2-3 dərəcə yüksək olacağı gözlənilir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, bu il 2010, 2015-ci illlərin yayları kimi isti yay olacaq.

M.Həsənov qeyd edib ki, Bakı və Abşeron yarımadası və Aran rayonlarında havanın daha isti keçəcəyi proqnozlaşdırılır.

İqlimşünas alim əlavə edib ki, builki iyul-avqust aylarında Azərbaycanda isti hava dalğalarının daha tez-tez təkrarlanması müşahidə ediləcək:

“İsti hava dalğaları dedikdə, havanın orta sutkalıq temperaturunun 35 dərəcəyədək yüksək olması, belə halın 3-5 gün və daha çox müddətdə arcıdıl müşahidə edilməsi nəzərdə tutulur. Belə hava həm kənd təsərrüfatına, həm təbii şəraitə, həm də insan sağlamlığına mənfi təsir edir. Bir gün havanın temperaturu 40 dərəcə isti ola bilər, amma bu, nə insan sağlamlığı, nə də kənd təsərrüfatı üçün o qədər böyük təhlükə deyil. Lakin temperatur 37-38 dərəcə olub, 4-5 gün və daha çox davam edərsə, bu, insan sağlamlığına da, təbiətə də mənfi təsir edər”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.