Sərt karantin elan olunan ərazilərdə karantin postlarından cərimələnərək geri qaytarılan nəqliyyat vasitələri digər postlardan keçməyə cəhd edərsə, yenidən cərimələnə bilər.
Musavat.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, bəzən bu cür hallara da rast gəlinə bilər. Ola bilər ki, nəqliyyat vasitəsi postda saxlanılır, cərimələnərək geri qaytarılır. Amma həmin şəxs digər ərazidəki karantin postundan keçməyə cəhd edir. İcazəsiz evdən çıxdığı üçün həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə cərimələnərək geri qaytarılır. Həmin şəxs əgər digər postdan keçməyə cəhd edərsə, o yenidən həmin maddə ilə təkrar cərimələnir".


