Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri işdən çıxarıla bilər.
Tia.az bildirir ki, təhsil şöbəsinin müdiri Vaqif Ələsgərovun dövründə külli miqdarda yeyinti baş verib. Təhsil şöbəsinin müdiri indi əl-ayağa düşüb. Çünki yeyinti faktları rəsmən üzə çıxıb.
Dövlət tərəfindən ayrılan vəsaitlərin istifadəsinə dair aparılan audit nəticəsində müəyyən edilib ki, V.Ələsgərov şəhər təhsilini dükana çevirib. Onun son bir ildə yüz minlərlə manatı mənimsədiyi iddia olunur. Qeyd edək ki, Hesablama Palatasının məlumatına görə, xərc smetalarında ciddi pozuntular var.
Belə ki, V.Ələsgərov idarədə çalışmayan, lakin adı keçən onlarla vakant yer açıb və aylıq maaşları mənimsəyib. Bundan başqa Təhsil Nazirliyi tərəfindən əvəzsiz verilən aktivlər uçota alınmayıb, anbarda inventar və avadanlıqlar satılıb, xeyli yanacaq silinib. Bunula bərabət təhsli idarəsinin müdir rüşvətdən də çəkinməyib. O, iş stajını nəzərə almadan işçiləri baş tərbiyəçi vəzifəsinə təyin edib, əmək haqqı üzrə ödəniş dərəcəsinin düzgün müəyyənləşdirilməməsi səbəbindən artıq əmək haqqı ödəyib. Mövzunu diqqətdə saxlayacağıq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.