banner
banner

Sosİal

Nazir təndir çörəyinə qonaq edildi- FOTOLAR

Nazir təndir çörəyinə qonaq edildi-

Azərbaycana rəsmi səfəri çərçivəsində Əfqanıstan mədən və neft naziri Daud Saba və Əfqanıstan prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Şaker Karqar İçərişəhərlə tanış olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Cia.az-a verilən məlumata görə, qonaqları idarənin nümayəndələri qarşılayıblar.
İçərişəhərlə tanışlıq Qız Qalası abidəsi ilə başlayıb. Nümayəndə heyətinə Bakının simvolu olan əzəmətli Qız Qalasının tarixi, burada yeni yaradılmış muzey ekspozisiyası, eləcə də yaxınlıqda yerləşən Sıratağlı dini-memarlıq Kompleksi barədə ətraflı məlumat verilib, ekspozisiya qonaqların marağına səbəb olub.

Daha sonra əfqanıstanlı qonaqlar təndir çörəyinə qonaq ediliblər.
Qonaqlar Şərqin memarlıq incilərindən biri olan dünya əhəmiyyətli “Şirvanşahlar saray kompleksi” və burada yaradılmış muzey ekspozisiyası ilə də tanış olublar.

Bakının tarixi hissəsi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. Sonda Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub.















Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.