Bakıda külək elektrik dirəyini maşının üstünə aşırıb - FOTO+VİDEO
Hadisə nəticəsində «Mersedes»in qabaq parpresi əzilib, sürücünün yaralandığı bildirilir. Cia.az-ın avtosfer.az-a istinadən məlumatına görə, axşam saatlarında Bakıda başlayan güclü külək bir sıra fəsadlar törədib. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində isə elektrik dirəyi hərəkətdə olan avtomobilin üzərinə aşıb. Küləyin təsirindən Azərbaycan Müəllimlər İnstitutunun qarşısında elektrik dirəyi hərəkətdə olan «Mersedes» markalı bahalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib, qabaq parpres və digər detallar əzilib. Avtomobilin sürücüsünün də xəsarət aldığı bildirilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.