banner
banner

Sosİal

400 minlik toy edən cütlük boşanır: “Bezmişəm”

400 minlik toy edən cütlük boşanır:

Bloger Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovla boşanma xəbərlərinə münasibət bildirib.

Musavat.com xəbər verir ki, Aysel bildirib ki, bundan sonra həyatını 3 oğluna həsr edəcək:

"İlk və son açıqlamanı edirəm, onu da mənə görə doğrudan narahat olanlar üçün... Əsəblərim yerində deyil. Xahiş edirəm, heç kim mənə heç nə atmasın. Onsuz da hər şeydən bezmişəm. Başımı qatıram, işlərimlə məşğul oluram, 3 oğlum var, onlar üçün yaşayıram. Nə qədər ömrüm varsa, onlara ayıracam. Daha mübahisələrə girməyəcəm. Kim nə istəyir, yazsın, onsuz geri çevirirəm, özümdə deyiləm, müalicə alıram.

Yaxınlarımdan xahiş edirəm, mənə heç nə yazmasınlar, vecimə deyil. 27 yaşım var, həyatda hər şeyi özüm edirəm, edəcəm də. Çalışdığım qədər tutunmağa çalışıram həyata. O da 3 uşağa görə. Bu mənim şəxsi həyatımdır, kiməsə açıqlama verməyə borcum yoxdur. Necə istəyirəm, yaşayıram, başqası mənim nə vecimə".

Qeyd edək ki, Aysel və Oqtay 400 minlik toy xəbəri ilə məşhurlaşmışdı.

Onlar rəsmi boşanma üçün məhkəməyə müraciət ediblər. Aysel "Instagram" səhifəsindən əri ilə olan bütün fotolarını silib.

Blogerin birinci nikahdan bir, Oqtayla evliliyindən isə əkiz oğulları var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.